Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən "30-cu sahə" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələri, 8 Noyabr prospektinin bir hissəsi və Babək prospekti, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələri qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ağdaşda qaz təchizatında fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilir ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində rayon ərazisində Dəhnəxəlil QPS-dən qidalanan Qoşaqovaq və Ərəbocağı kəndlərini təbii qazla təmin edən PE-160 mm-lik orta təzyiqli əhali qaz xəttinin kipliyə davamlığının yoxlanılması məqsədi ilə 19.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək cəmi 447 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.