Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatı olub.
Oxu.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gülnarə İntizam qızı Cəfərli İnsan resursları departamentinin müdir müavini təyin edilib. O bundan əvvəl adıçəkilən departamentin İşə qəbul və planlama şöbəsinin müdiri idi.
Eyni zamanda, agentliyin İnzibati departamentinin Təsərrüfat şöbəsinin müdiri Kamal Məmmədov işdən azad olunub.