"2026-cı ildə innovasiya sahəsində qanunvericiliyə yeni dəyişiklik layihəsinin hazırlanıb təqdim olunması nəzərdə tutulur".
Bunu Oxu.Az-ın sualına cavab olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransının müvafiq sessiyasında deyib.
O bildirib ki, bu günə qədər 200-dən çox qanunvericilik aktına dəyişiklik edilib və ya yenisi hazırlanıb:
"Startap sahəsində inkişaf üçün qanunvericiliyə dəyişikliklə bağlı müvafiq addımlar atılır. Həmçinin investisiya fondlarının inkişafı ilə bağlı əlaqədar qurumlarla qanun layihələri üzərində işləyirik. Bundan başqa texnoparkların və onların kateqoriyalarının genişləndirilməsi, müəyyən güzəştlərin edilməsi istiqamətində qanunvericiliyə dəyişiklik olunması nəzərdə tutulur. Əlavə olaraq infrastrukturun inkişafı və insan kapitalının hazırlanması da diqqətimizdir".
Məlik Məlikov