Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Agentlikdə struktur dəyişikliyi aparıldı: Yeni şöbə müdiri təyin edildi
Əqli Mülkiyyət Agentliyində şöbələrdən biri ləğv olunub.
“Report”un əldə etdiyi məlumata görə, agentliyin aparatının Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsi ləğv edilib.
Ləğv olunan şöbənin müdiri Hüseynov Aydın Fridun oğlu isə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Təlim, nəşr və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Bundan əlavə, Əqli Mülkiyyət Agentliyi sədrinin müşaviri Fuad Kərimov Apellyasiya Şurasının sədri - müşavir vəzifəsinə keçirilib.
Agentlikdən qeyd olunan məlumatı təsdiqləyiblər.
Ən çox oxunanlar
Rəylər