Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Agentliyin sədrinə yeni müavin TƏYİN EDİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.
Oxu.Az xəbər verir ki, müvafiq əmr əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tərəfindən imzalanıb.
Nazirin müvafiq əmrinə əsasən, İlkin Məmmədov DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb.
"Yeni təyinat" teqi üzrə xəbərlər
Ən çox oxunanlar