Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ağır xəstəlikdən əziyyət çəkən körpə təcili əməliyyat olunmalıdır: Məbləğ çatmır
Üçaylıq Lalənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aynur Atakişiyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə spina bifida xəstəliyindən əziyyət çəkir:
"Lalə üçaylıqdır. Mən hamilə olarkən onun belə bir xəstəlikdən əziyyət çəkdiyini bilməmişik. Doğulduğu ilk gündən həkim nəzarəti və müayinəsindədir. Lalə əməliyyat olunmalıdır. Biz Türkiyədə yerləşən xəstəxanalardan biri ilə əlaqə saxlamışıq. Onlar bu əməliyyat üçün bizdən 5 000 manat tələb ediblər".
Gənc ana övladının əməliyyatı üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Əməliyyat üçün lazım olan məbləğin 3 500 manatını özümüz, 1 000 manatını isə sizin izləyicilərinin dəstəyi ilə toplaya bilmişik. Hazırda əməliyyat üçün 500 manatımız çatmır. İnanın, bu məbləği qarşılamaq bizim üçün bu dəqiqə mümkün deyil. Yardımsevər şəxslərdən bizə dəstək olmağı, bu çətin dövrdə bizim yanımızda olmağı xahiş edirik".
Ailə ilə əlaqə: (070) 303-64-91.
"Unibank": 5243 7544 4711 1681.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı Valehin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb
- Cənnətin anası: "Ağrılarına görə bütün günü ağlayır, təcili əməliyyat olunmalıdır"
- Qaynar su dolu qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
- Dörd yaşlı Vahidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Yalnız anadan yardım ÇAĞIRIŞI: "Övladımın dəstəyə ehtiyacı var"
Rəylər