Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağır xəstəlikdən əziyyət çəkən Ülvinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
11 yaşlı Ülvinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun nənəsi Vəfa Cəfərova məlumat verib.
O bildirib ki, nəvəsi artıq 5 ilə yaxındır kəskin limfoblast leykozdan əziyyət çəkir:
"Biz illərdir bu ağır xəstəliyə görə müalicə alırıq. 2023-cü ildə həkimlər Ülvinin təcili ilik nəqli əməliyyatı olmalı olduğunu dedi. Biz nəql üçün olan məbləği toplamağa çalışdıq. Daha sonra həkimlər bunun uğursuz olacağını, Ülvinin vəziyyətinin ağır olduğunu dedilər. Yenidən biz ağır müalicələri etdik. Nəql üçün topladığımız məbləği də bu illər ərzində müalicələrdə xərcləyib tamamilə bitirdik".
Vəfa Cəfərova hazırda Ülvinin müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Mən Ülvinin nənəsiyəm, qızım kafedə işləyir. Onun qazandığı və mənim təqaüdümlə ev pulunu, günlük qidalarımızı güclə ala bilirik. Hazırda Ülvinin bu kurs müalicəsini edə bilmək üçün 3 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını, bu çətin dövrdə nəvəmin əlindən tutmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 571-42-22.
"Kapital Bank": 4169 7388 9459 5473.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- İki dəfə kliniki ölüm keçirən Ümidin dəstəyə ehtiyacı var
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Əlil ana övladları üçün yardım istəyir: "Meyvə belə ala bilmirəm"
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir