Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağır yanıq xəsarətləri alan Çinarənin anası: "Nə dərman, nə yemək ala bilirik"
10 aylıq Çinarənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Fatma Qənbərova məlumat verib.
O bildirib ki, övladı fevralın üçü üzərinə qaynar çaydan aşıraraq ağır yanıq xəsarətləri alıb.
"Çinarə 10 aylıqdır, biz Neftçalada yaşayırıq. O, fevralın üçü iməkləyərək elektrik çaydanının naqilini dartaraq, suyu üzərinə aşırıb. Həmin gün xəstəxanaya yollansaq da, qızımın vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada iki aya yaxın müalicə alsaq da, artıq evimizə geri gəlmişik".
Gənc ana övladının müalicəsi üçün dəstək istəyib.
"İnanın, Bakıdan geri gəlmək üçün belə borc almışıq. Əlimizdə ovcumuzda olan bütün pul tükənib. Ancaq qonum-qonşunun dəstəyi ilə nəsə edə bilirik. Nə yemək almağa, nə dərman almağa pulumuz qalıb. Hazırda çox ağır vəziyyətdəyik. Çinarənin yaralarını bağlamaq üçün bint, maz almalıyıq. Amma ala bilmirik. Həkimin yazdığı resept elə olduğu kimi də qalıb. Bunları ala bilmək üçün hazırda 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 453-34-79.
Kapital Bank: 4169 7388 2116 1530.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı Arzunun anası: "Hər gün onun addımlamasının xəyalını qururam"
- Bir gözü amputasiya edilən Əfruzun dəstəyə ehtiyacı var
- Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var
- 4 yaşlı Atillanın gözlərinin görməsi üçün sizin köməyinizə ehtiyacı var
- Bağırsaqlarının 90 faizi çıxarılan Zəhranın həyatda qalması üçün köməyinizə ehtiyacı var