Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var
Aysu və Fatimə Əliyevanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.
Bu barədə Oxu.Az-a onların anası Fizzə Əliyeva məlumat verib.
O, övladlarının oktyabrın 5-də ehtiyatsızlıq üzündən yanıq xəsarətləri aldığını deyib:
"Biz Siyəzəndə yaşayırıq, uşaqlar evdə oynayarkən qaynar çaydanı üstlərinə aşırıblar. Elə həmin gündən də xəstəxanada müalicələr etdiririk. Fatimənin demək olar ki, bütün bədəni yanıb. Müalicələri tamamlanandan sonra o, bir neçə dəfə əməliyyat olunmalıdır. Ağrıları dözülməzdir. İki uşağı birdən müalicə etdirmək, inanın, bizim üçün çox ağırdır".
Gənc ana övladları üçün dəstək istəyib:
"Bizim Aysu və Fatimədən başqa bir oğlumuz da var. Yoldaşım mühafizəçi işləyir, qızlar yanandan bəri o da işə gedə bilmir. Uşaqların gündəlik pamperslərini, gündəlik xərclərini qarşılamaq, inanın, bizə çox baha başa gəlir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 325-37-53.
Kapital Bank: 4169 7388 2071 5534.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Əlil ana övladları üçün yardım istəyir: "Meyvə belə ala bilmirəm"
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü