Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Rusiyada 10 yaşlı oğlan 700-dən çox məktəbi "minalayıb"](https://images.oxu.az/2025/02/09/sVj93Vp2dzUe2Vk9BXOfWXG8ySAfzYoXACNc4Dzr:1200.jpg)
Rusiyada 10 yaşlı oğlan 700-dən çox məktəbi "minalayıb"
Sankt-Peterburqda (Rusiya) azyaşlı yeni dostunun xahişi ilə yüzlərlə məktəbi "minalayıb".
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.
Ötən gün naməlum şəxs üç nömrədən polisə zəng edib və uşaq səsi ilə şəhər daxilində 709 məktəbin minalanmış olduğunu bildirib.
Təhsil müəssisələrinə əməkdaşlar göndərilib və onlar heç bir yerdə partlayıcı qurğu aşkar etməyiblər.
Əvəzində polis zəng vuran şəxsin kimliyini müəyyən edib və o, Kronştadtdan olan 10 yaşlı Vladislav adlı məktəbli olub.
Uşaq etiraf edib ki, bu yaxınlarda "Telegram"da həmyaşıdı ilə tanış olub və sonuncu ondan bir xahişi yerinə yetirməsini istəyib. Dostluq naminə uşaq terror aktı təhlükəsi barədə məlumat verib.
Hazırda iş üzrə istintaq materialları İstintaq Komitəsinə təhvil verilib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiyada qiymətli daşların qanunsuz dövriyyəsi ilə məşğul olan ermənilər saxlanılıblar
- Kreml bu dəfə kimin başını yeyəcək?
- Rusiyanın ən yaşlı məhbusu öldü
- Kerç boğazında mazut sızıntısı nəticəsində 80-dən çox tələf olmuş delfin tapılıb
- Samaranın keçmiş merinin qətlinin şok təfərrüatı: Nəvə qalıqları taksi ilə daşıyıb
Rəylər