Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ağır yanıq xəsarətləri alan Şəlalənin anası: "Təcili əməliyyat olunmalıdır"
Doqquz yaşlı Şəlalənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nuranə Abdullayeva məlumat verib.
O bildirib ki, övladı fevralın 12-də ağır yanıq xəsarətləri alıb:
"Şəlalənin doqquz yaşı var, o, fevral ayında üzərinə qaynar su tökülərək ağır yanıq xəsarətləri alıb. Biz həmin dövrdə Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada bir müddət müalicə alsaq da, əməliyyatlara imkanımız çatmadığı üçün etdirə bilmədik. Evimizə çıxdıq. İmkanımız olmadığı üçün də uşağın müalicələrini vaxtlı-vaxtında edə bilmədik".
Nuranə Abdullayeva bildirib ki, övladının yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var:
"Həkimlə danışmışıq, Şəlalənin yaraları irinlədiyi üçün onların qaşınmalı olduğunu dedilər. Ötən həftə onun yaraları qaşındı. İndi isə ona dəriköçürmə əməliyyatı edilməlidir. Bunun üçün isə bizim 1 200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımı bu ağrılardan qurtarmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 872-36-92.
Bank Respublika: 5235 2222 3594 3723.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- İki yaşlı Fatimənin anası: "O bizim yeganə övladımızdır, müalicə üçün dəstəyə ehtiyacımız var"
- Əlil ana övladı üçün yardım diləyir: Yusifin müalicəyə ehtiyacı var
- 13 yaşlı İbrahimin dəstəyə ehtiyacı var: "Dərmanlarını içməyəndə vəziyyəti lap pisləşir"
- 35 yaşlı Nicatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
Rəylər