Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Astarada qanunsuz şəkildə çöl quşları ovlayanlar cərimələniblər
Astarada dirəklərə tor qurmaqla qanunsuz şəkildə çöl quşları ovlayanlar aşkarlanıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib.
Vurğulanıb ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q. Vəliyevin qanunsuz ov etdikləri bəlli olub.
Onlardan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.
Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.
"Qanunsuz ov etmək" teqi üzrə xəbərlər
- "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar
- Nazirlikdən əməkdaşının ceyranın başını kəsməsi xəbərinə REAKSİYA
- Azərbaycanda bələdiyyə sədri qanunsuz ova görə cərimələndi
- Müştərilərə ov quşlarından yeməklər verən restoran sahibləri CƏZALANDIRILDILAR
- Zərdabda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar