Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağstafada dönərdən zəhərlənən şəxslərin kimlikləri məlum oldu
Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.
Oxu.Az xəbər verir ki, zəhərlənən şəxslər rayon sakinləri 2021-ci il təvəllüdlü Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə, 2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.
Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
Ağstafada 9 nəfər dönərdən zəhərlənib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 17:15-dən 21:40-a qədər 9 nəfər (2-si kişi, 7-si qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunublar.
Onlara zəruri tibbi yardım göstərilib, 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 6 nəfərin isə müalicəsi davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.