Ağstafada avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, Ağstafa rayonu, Yuxarı Göycəli kəndində vətəndaşa məxsus həyətyanı sahədə dayanmış “QAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
E.Ə.
www.oxu.az