Ağstafada qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumatlara görə, polis əməkdaşlarının cinayət üzrə apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonunun Köçəsgər kəndində 62 yaşlı Ç.Hüseynovanı öldürməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü T.Məmmədov saxlanılıb.
İlkin məlumatlara görə, T.Məmmədov evə qarət məqsədilə girib və mərhuma aid olan bir cüt qızıl sırğa oğurlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.