Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ailə faciəsi: İki qardaşı ölən bacının da meyiti tapıldı
Siyəzəndə 15 yaşlı məktəbli dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az "Unikal"a istinadən məlumat verir ki, hadisə Siyəzən şəhərində, M.Ə.Sabir küçəsində qeydə alınıb.
Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Gülər Seyfulla qızı Vəkilli Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, həmin ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulmuşdular. 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olmuşdu.
"Dəm qazından zəhərlənmə" teqi üzrə xəbərlər
- Biləsuvarda dəm qazından zəhərlənənlərin son durumu AÇIQLANDI
- Ağcabədidə dəm qazından zəhərlənən ana və dörd övladının son durumu AÇIQLANDI
- İranda qızlar məktəbində ZƏHƏRLƏNMƏ: 50 şagird xəstəxanaya çatdırılıb
- Bir ailə hamamda dəm qazından ZƏHƏRLƏNDİ
- Bakıda "Sevgililər günü"ndə FACİƏ: Ər-arvadın meyiti tapıldı