Bakıda atası və xalasının əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən 14 yaşlı qızın valideynləri danışıblar.
“Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişində danışan ana bildirib ki, qızının dedikləri yalandır:
“Qızım mənə yalnız atasının ona qarşı etdikləri barədə məlumat verib. Mən ona inanmadım. Atası ona qarşı pis hərəkət etməyib. Bacımın yoldaşı barədə dedikləri də yalandır. O, elə adam deyil. Qızım onlara gedəndə bacım da həmişə evdə olur”.
14 yaşlı qızın atası isə verilişin aparıcısı Lalə Azərtaşın ona ünvanladığı “xüsusilə də içki içdikdən sonra qızına qarşı etdiyin hərəkətlər onun xoşuna gəlmir, bunu niyə davam etdirmisən?” sualına “qızımın üzündən öpüb işə getmişəm, başqa heç nə olmayıb” deyə cavab verib.
Ətraflı süjetdə: