Lənkəranda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, rayon sakini 22 yaşlı Z. Qəribov yaşadığı evin həyətində çardaqdan özünü asaraq, həyatına son qoyub.
Onun meyitini anası aşkar edib.
İlkin ehtimala görə, Z. Qəribovun sevdiyi qadınla aralarındakı sevgi münasibətləri pozulub. Onun bu səbəbdən dözməyərək özünü öldürdüyü ehtimal edilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.
Rəylər