Lənkəran rayonunun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, rayonun məişət tullantıları poliqonunda aparılan qazıntı işləri zamanı qaz xəttinin zədələnməsi və yanğınla nəticələnən sızmanın baş verməsi ilə əlaqədar noyabrın 16-sı saat 23:45-də etibarən Lənkəran rayonunun Girdəni, Göyşaban, Ürgə kəndlərinin və Liman şəhərinin N.Ağayev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.