“Sosial şəbəkədən istifadə etməyi xoşlamıram. Çünki lazım olmayan fikirlər, münasibətlər bizi əsas fikirdən yayındırır”.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.
O bildirib ki, bu gün gənclərimiz sosial şəbəkədə daha çox olurlar:
“Bu, zamanın tələbidir. Sosial şəbəkədə olmaq vaxt itkisidir. O vaxtın hesabına qiymətli kitab oxuya bilərəm. Bəzən artıq informasiyanın özü də zərərlidir”.
E.Ə.
www.oxu.az