Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bələdçinin qızı: "Partlayışı görəndən sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər"
Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə qəzasından sağ çıxan bələdçi Zülfüqar Əsadovun qızı Könül Əsədova atasının dəhşətli hadisədən sonra sağ qaldığına inana bilmədiyini deyib.
O, "Report"a açıqlamasında deyib ki, atası 37 ildir təyyarədə bələdçi kimi çalışır.
K.Əsədovun sözlərinə görə, onlar ailədə iki övladdırlar:
"Atam həmişə işə gedəndə mən həyəcan keçirirdim. Özüm müəlliməyəm, hadisə baş verən günü də işdə idim. Qəza səhər saatlarında olsa da, işdə olanda günorta saatlarında xəbərini aldım. Yoldaşım zəng edərək icazə alıb evə gəlməyimi dedi. Dedi ki, atanın olduğu təyyarə qəzaya uğrayıb, narahat olma, sağdır. O an çox çətin idi, inana bilmirdim ki, atam sağdır. Atamın səsini eşitdim, dedim yəqin robotdur mənimlə danışır. Çünki o partlayışdan sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər".
K.Əsadova əlavə edib ki, Z.Əsadovun vəziyyəti getdikcə yaxşılaşır:
"Əməliyyat olunub, bir az ağrıları var. Ötən gün çox qısa müddətə onunla görüşdük. Səhhəti getdikcə yaxşılaşır. Yəqin ki, yaxın günlərdə evə buraxılacaq".
"Qroznıya gələndə qatı duman olduğunu gördük. Kapitan eniş etmək istəsə də, dumandan heç yer görünmürdü. Ona görə də qalxıb ikinci dəfə dövr etdi".
Oxu.Az-ın məlumatına görə, bu sözləri dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsinin bələdçisi Zülfüqar Əsədov APA TV-yə müsahibəsində deyib.
O bildirib ki, pilot üç dəfə eniş etməyə cəhd göstərib.
"Kapitan digər hava limanına getmək istəyərkən təyyarənin çöl tərəfindən çox güclü zərbə səsi gəldi. Biz digər təyyarə bələdçisi Aydan xanımla tez salona çıxıb, insanları sakitləşdirməyə çalışdıq. İnsanları sakitləşdirib önə keçmək istəyəndə qoluma çöldən zərbə gəldi, qolumda kəsik yarandı. Mən salondan çıxıb yerimə əyləşəndə isə üçüncü dəfə təyyarəyə zərbə dəydi".
Daha ətraflı - süjetdə:
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir"
- Qazaxıstanlı nazirdən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA
- Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşlar DAYANDIRILIR
- AZAL təyyarəsində həlak olanların 40 mərasimi keçirilib
- Əli Əsədov təyyarə qəzasından sonra yardıma görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirdi
Rəylər