Yevlax rayonunda doğuş zamanı ana və uşaq ölümü baş verib.
Oxu.Az xəbər verir ki, Yevlax Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova Xaldan qəsəbə xəstəxanasında doğuş zamanı dünyasını dəyişib.
Doğuş zamanı ana ilə yanaşı, körpə də ölüb.
Xəstəxanadan bildirilib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib və bu zaman uşaq havasızlıqdan, ana isə çox qan itirdiyindən vəfat edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə APA-ya açıqlamasında hadisə ilə bağlı xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, P.Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası olub.
17:55
Yevlax rayonunun Xaldan kənd xəstəxanasında doğuş zamanı ana və körpəsi ölüb.
Oxu.Az El TV-yə istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova 3-cü övladını dünyaya gətirmək üçün həmin xəstəxanaya gətirilib.
Bildirilənə görə, xəstə qəbul edilərkən vəziyyəti orta ağır olub. Dünyaya gələn oğlan uşağı ölü olub. Bundan sonra ananın vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.
Yevlax rayon Prokurorluğundan El Televiziyasına verilən məlumata görə, fakt üzrə araşdırma aparılır.
