Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Aktyor İbrahim Çingiz xəstəxanalıq oldu
Azərbaycanlı aktyor İbrahim Çingiz xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, aktyor bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, "Bədənimdə zədəli olmayan yer tapsam sevinərəm. Sevirəm səni, Azərbaycan kinosu!" şərhini yazaraq əlinin əsmə anını çəkib.
İbrahim Çingiz Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda layihədə olduğu üçün əlavə məlumat verə bilməz:
"Yalnız onu deyə bilərəm ki, aldığım zədələr iş prosesi ilə bağlıdır".
Xatırladaq ki, İbrahim Çingiz "Çina" kimi tanınan Azərbaycanın Əməkdar artisti Çingiz Əhmədovun oğludur.
Məhərrəm Əliyev
Ən çox oxunanlar