Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Aktyoru şikəst edən həkimə cinayət işi açıldı
Dövlət Akademik Dram Teatırının aktyoru, 1948-ci il təvəllüdlü Əli Qayıb oğlu Nuruzadə yıxılaraq xəsarət alıb.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisədən sonra o, Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzin həkimi, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Əli Əhməd oğlu Səmədov ona tibbi yardım göstərib.
Həkimin yanlış müalicə aparması nəticəsində Əli Nuruzadə əmək qabiliyyətini 10 faiz itirib. Buna görə də Əli Nuruzadə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ərizə ilə müraciət edib.
Faktla bağlı Cinayət Məcəlləsininm 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda DƏHŞƏT
- Sumqayıtda məktəbin yaxınlığında ağacdan asılmış meyit tapıldı
- Binadan yıxıldığı deyilən gəncin intiharına dair ŞOK İDDİA: "Ortada şantaj xarakterli bir şey var"
- Sumqayıtda bir nəfərin 95 000 manatını ələ keçirən ŞƏXS SAXLANILDI