Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
Baku TV İkinci Qarabağ müharibəsi zamanı şəhid olan Tərlan Quliyevin evində olub.
2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Tərlan Quliyev Füzuli, Murov, Kəlbəcər, Hadrut, Xocavənd istiqamətlərindəki döyüşlərdə igidliyi və qorxmazlığı ilə fərqlənib. Oktyabrın 17-də ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Fəxrəndə Quliyeva oğlunun yarım qalan xəyallarından danışıb:
"İstədiyi qız var idi. Koronavirus pandemiyası zamanı yollar bağlı olduğu üçün elçi gedə bilmədik. Aldığı üzüyü taxmaq qismət olmadı".
Şəhidin qohumu Tacəddin Quliyevin sözlərinə görə, sevdiyi qız hər həftə Tərlanın məzarını ziyarət edir.
Daha ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Ermənilərin ən böyük cinayəti 1905-ci ildə "Cəngi soyqırımı" olub"
- 35 yaşlı qadın eyvandan YIXILDI: Vətəndaşlar aidiyyəti qurumlardan şikayətçidirlər
- Bakı sakinləri yollarda qaldılar: Sıxlıqdan ən son GÖRÜNTÜLƏR
- Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri: Türkiyənin seçiminin əsas məqsədi
- Təhsil müəssisəsində xoşagəlməz hadisə baş verdi - Xəbərlərin 20:00 buraxılışı
Rəylər