Bu gün Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinin mümkün olub-olmadığı araşdırılıb.
İş icraata qəbul olunub.
Proses sentyabrın 15-də davam etdiriləcək.
A.M.