Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ali Məhkəmədə işçi qrupu yaradıldı – SƏBƏB
Ali Məhkəmədə işçi qrupu yaradılıb.
Oxu.Az-ın Ali Məhkəmədən əldə etdiyi məlumata görə, işçi qrupu Ali Məhkəmənin fəaliyyətinin səmərəliliyinin artırılmasını, qurumda informasiya texnologiyalarının daha geniş tətbiq edilməsini, bu sahədə strateji inkişafın təmin olunmasını həyata keçirəcək.
Həmçinin “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq, operativliyin təmin edilməsi də işçi qrupunun qarşısında qoyulan məqsədlərdəndir.
İşçi qrupunun tərkibi Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarətdir.
İşçi qrupunun işinə rəhbərlik Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərova həvalə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin may ayının 6-da imzaladığı sərəncamla Çingiz Əsgərov Ali Məhkəmə sədrinin müavini təyin olunub.
Sərəncamla, həmçinin Hafiz Nəsibov qurumun Cinayət Kollegiyasının, Xəqani Məmmədov İnzibati Kollegiyasının, Kəmalə Abiyeva Kommersiya Kollegiyasının, Sənan Hacıyev Mülki Kollegiyasının sədrləri təyin ediliblər.
Aqşin Kərimov
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Vəkilə böhtan atan hüquqşünas cəzalandırıldı
- Obyektini icarəyə verən sahibkarların NƏZƏRİNƏ - Ali Məhkəmədən MÜHÜM QƏRAR
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- Hansı hallarda cinayətə görə cəzadan daha yüngülü təyin edilə bilər?
- Jurnalistlər "Elektron məhkəmə"dəki məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət ediblər