Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar məhkəmə proseslərinin davam etdirilib-etdirilməməsi məsələsinə Ali Məhkəmənin Plenumunun iclasında baxılacaq.
Bunu Report-a Ali Məhkəmənin Mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli deyib.
Onun sözlərinə görə, Ali Məhkəmənin Plenum iclası aprelin 23-də keçiriləcək və proseslərin uzadılmış karantin rejimi müddətində hansı qaydada keçirilməsi barədə qərar qəbul ediləcək.