Bu il qəbul imtahanlarında təqdim olunan təxminən 5074 plan yeri boş qalıb.
Oxu.Az-ın məlumata görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, birinci ixtisas qrupu üzrə 1693, ikinci ixtisas qrupu üzrə 2611, üçüncü ixtisas qrupu 248, dördüncü ixtisas qrupu 122, beşinci ixtisas qrupu üzrə 400 yer boş qalıb:
“Ümumilikdə plan yerləri 88.73 faiz dolub. Boş qalan yerlərə bu gündən qəbul elan ediləcək. Proses avqustun 20-dək davam edəcək. Dövlət ali məktəbləri üzrə 91.5 faiz yer dolub”.
Məleykə Abbaszadə qeyd edib ki, özəl ali təhsil müəssisələri üzrə 73 faiz plan yeri dolub:
“Bu rəqəmlər göstərir ki, abituriyentlər dövlət ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər”.
İlhamə Əbülfət
www.oxu.az