2025-26-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı iddialar səsləndirilib.
Oxu.Az-ın məlumatına görə, bunun bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
İddialara görə, bütün ixtisaslar üzrə tədrisin yalnız Azərbaycan və ingilis dillərində aparılacağı deyilir.
Qeyd olunur ki, hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər.
Prosesin milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcəyi vurğulanır.
Əlavə edək ki, ötən gün övladları orta məktəblərdə təhsil alan valideynlərin "WhatsApp" qrupuna rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı bildirişlər göndərilib.
Sözügedən məsələlərlə bağlı aidiyyəti qurumlara sorğu verilib.