Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı UZADILDI
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 13:00-da başa çatacaq.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər. Elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin nəzərinə:
"Azərbaycan dili (dövlət dili kimi)" fənni imtahanından "məqbul" ala bilməyən abituriyentlər ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.
"Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2024 cü ildə bu imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.
Qeyd edək ki, indiyə qədər qeydiyyatdan keçən abituriyentlərin sayı 128073 nəfərdir.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Dilçilik İnstitutunda problem: IELTS alimlərə növbəti səviyyəyə adlamağa imkan vermir
- DİM sədri: "Rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsal formada təşkil ediləcək"
- Sürücülük vəsiqəsi imtahanları DİM tərəfindən keçirilə bilərmi?
- DİM-in şöbə müdiri: "Sertifikatın etibarlılıq müddəti iki il nəzərdə tutulub"
- Məleykə Abbaszadə Yazıçılar İttifaqının üzvlərini Azərbaycan dilindən imtahan verməyə çağırdı