Bakıda təcili tibbi yardım (TTY) avtomobilinin təyinatı üzrə istifadə edilməməsi narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, özəl tibb müəssisəsi olan "Medistyle" hospitala məxsus olan TTY maşınında taxta daşınır. Görüntüdə maşının qəzalı olduğu da görünür.
Məsələ ilə bağlı "Medistyle" hospitalın özünü təqdim etmək istəməyən əməkdaşı Oxu.Az - a açıqlamasında bildirib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
"Araşdırma bitdikdən sonra əlavə məlumat veriləcək", - deyən əməkdaş başqa heç bir suala cavab vermək istəməyib.
"Əlavə məlumat vermək istəmirəm. Özümü təqdim etməyə də ehtiyac yoxdur. Rəhbərlikdən soruşdum, belə cavab verdilər", - deyə o vurğulayıb.