Bakıda evindən oğurluq edilən Asəf Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevlə heç bir yaxınlığı yoxdur.
Bu barədə Oxu.Az-a AMEA-nın mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bu barədə yazılanlar həqiqətəuyğun deyil.
Habelə, bildirilib ki, evindən 200 min ABŞ dolları oğurlanan Asəf Mehdiyevin AMEA prezidenti akademik Ramiz Mehdiyevlə hər hansı formada yaxınlığı, tanışlığı yoxdur.