Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elektrik enerjisi ilə təchizatında bir neçə saatlıq fasilə yaranıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, problem həll edilib.
Qurum rəsmisi qeyd edib ki, elektrik enerjisinin kəsilməsi binanın elektrik avadanlıqlarında yaranan problemlərdən qaynaqlanıb:
“Artıq problem aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib”.
Qeyd edək ki, AMEA-nın əsas binasında işığın verilməsində fasilə yaranıb.
İlhamə Əbülfət
www.oxu.az