Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AMEA-dan ixtisar xəbərlərinə - MÜNASİBƏT
Azərbaycan Milli Elmlər Akademiyası orada aparılan ixtisarlarla bağlı xəbərlərə münasibət bildirib.
AMEA-nın mətbuat xidmətinin rəhbəri Səbuhi Qəhrəmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumda müəyyən dəyişiklik edilib:
“Bildiyiniz kimi elmi idarəetmə sisteminin modernləşdirilməsi AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edir.
Bu yaxınlarda AMEA Rəyasət Heyətinin aparatının elmi idarəetmə sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə aparatın strukturunda müəyyən dəyişikliklər edilib”.
“Yeni strukturda nəzərdə tutulmayan ştat vahidləri üzrə çalışmış əməkdaşlar dəyişikliyə uyğun olaraq başqa vəzifələrə keçirilib. Yəni ixtisarlardan söhbət gedə bilməz”- Səbuhi Qəhrəmanov qeyd edib.
Qeyd edək ki, son zamanlar elmi işçilərin bir qismi AMEA-da iş saatlarının çox olmasından narazılıq edir. Onlar iddia edirlər ki, AMEA-nın kitabxanası əvvəllər bina daxilində olub. Alimlərin kitabxanada keçirdikləri saatlar iş saatı sayılıb.
İlhamə Əbülfət
www.oxu.az
Oxu.Az yeniləndi!
"Azərbaycan" teqi üzrə xəbərlər
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
Rəylər