Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasının üzərindəki kiril əlifbasında olan hərflər sökülüb.
Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb.
Məsələ barədə AMEA-a ilə əlaqə saxladıq.
Qurumun ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov Oxu.Az-a açıqlamasında bildirdi ki, AMEA-nın Rəyasət Heyətinin binasının üzərində yazılar kiril əlifbasında yazıldığı üçün sökülməsinə qərar verilib:
“Həmin hərflər latın qrafikası ilə yazılacaq. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası sözləri hazırlanır. Yaxın vaxtda binanın üzərinə quraşdırılacaq”.
İlhamə Əbülfət