İrəvanın Azərbaycan tarixi torpağı olması barədə yeni sübutlar əldə edib.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı zamanı AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
O bildirib ki, ilk dəfə olaraq Azərbaycan və xarici alimlər birlikdə Qafqazın xəritəsini hazırlayıblar:
“Tarixçilər İrəvanın Azərbaycan tarixi torpağı olması barədə yeni sübutlar əldə edib. Burada xristian əhalinin olması barədə uydurma fikirləri təkzib edən faktlar üzə çıxarıblar”.
Akif Əlizadə AMEA-nın magistratura səviyyəsi üzrə qəbul olmaq istəyənlərin sayının artdığını da qeyd edib.
İlhamə Əbülfət