Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Amerika Azərbaycanlıları Koordinasiya Şurası hərbçilərimizin azad olunmasını tələb edir
Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktını qətiyyətlə pisləyib.
Amerika Azərbaycanlıları Koordinasiya Şurasının adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirovun və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun əsir düşməsinin səbəbləri barədə məlumat verilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insani hərəkətlərə diqqət cəlb edilib, bu zorakılıq aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və lazımi qiymət verməsinin vacib olduğu nəzərə çatdırılıb.
Amerika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçularının dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıblar.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Kanadanın seçilmiş hökumət başçısından ABŞ-nin tərkibinə daxil olma məsələsinə reaksiya
- İran XİN: "Trampdan heç bir məktub almamışıq"
- Senator Qrem: "Ukraynaya yardımın dayandırılması ABŞ üçün daha pis nəticələrə gətirib çıxaracaq"
- "Le Figaro": "ABŞ-nin vitse-prezidentinin yaxın qohumu Ukrayna Silahlı Qüvvələrində döyüşüb"
- Şimali Koreya Sarı dənizə doğru ballistik raket atdı