Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Anadolu Universitetində milli mətbuatın 143 illiyi qeyd edildi
İyulun 19-da Türkiyənin Anadolu Dövlət Universitetinin, Türkiyənin Azərbaycandakı səfirliyinin və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin birgə təşkilati dəstəyilə "Azərbaycanda milli mətbuatın yaranmasının 143 illiyi" münasibətilə tədbir keçirilib.
Oxu.Az məlumat verir ki, Anadolu Universitetinin İKT xidmətləri göstərən Tərəfdaş Qurumunun binasında başlanan tədbirdə universitetin rektoru Naci Gündoğan, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rektor Nacı Gündoğan mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib.
Rektor bildirib ki, Anadolu Universiteti 60 illik tarixə malik dövlət universitetidir və bugünədək həmin universitetdən 5 müstəqil ali təhsil ocağı əmələ gəlib, hər biri də ayrıca fəaliyyət göstərməkdədirlər.
9 ildir Azərbaycanda fəaliyyət göstədiklərini deyən rektor qeyd edib ki, Anadolu Universiteti Azərbaycanın bir neçə universiteti ilə əməkdaşlıq edir.
Azərbaycan-Türkiyə münasibətlərindən söz açan N.Gündoğan deyib ki, bu əlaqələrin sıxlığı tək sözdə deyil, həqiqətdədir.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral mətbuat nümayəndələrini təbrik edərək söyləyib ki, Anadolu Universiteti ən köklü, dünyada ən çox tələbəyə malik olan ali məktəbdir.
Sonra iştirakçılar universitetin “Məsafəli təhsilin texniki bazası” ilə tanış olublar.
Kamil HƏMZƏOĞLU
"Türkiyə" teqi üzrə xəbərlər
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- Türkiyədə neft emalı zavodunda PARTLAYIŞ
- Bu xəbərləri qaçırmayın: 25.11.2024-ün ən mühüm hadisələri
- Türkiyədə təcavüz edilərək həyatını itirən körpənin ailəsində növbəti şübhəli ölüm
- Türkiyədə məsciddə qətl: İmam bıçaqlanaraq öldürüldü
Rəylər