İlkin məlumatlara əsasən, Ankarada terror aktı nəticəsində həlak olanlar və xəsarət alanların arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi hazırda araşdırmaların davam etdiyini bildirib.
10:30
Xəbər verdiyimiz kimi, fevralın 17-də Türkiyənin paytaxtı Ankara şəhərinin mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb, 61 nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Azərtac-a bildirib ki, törədilmiş terror aktı nəticəsində ölən və xəsarət alanlar içərisində həmvətənlərimizin olması barədə hələlik məlumat yoxdur.
Araşdırmaların davam etdirilməsi məqsədilə səfirlikdə operativ qrup fəaliyyət göstərir.
E.Ə.
www.oxu.az