16-cı Bakı Caz Festivalının yeddinci günündə rusiyalı cazmen Anna Kaşina “Jazz du Soleil” qrupu ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, layihənin repertuarı qeyri-adiliyilə seçilib.
İfa Fransız şanson və klassik caz standartlarını, Latın Amerikası ritmlərini, eləcə də sovet pop bəstəkarlarının klassik melodiyalarını improvizasiyaları ilə yadda qalıb.
Qeyd edək ki, sentyabrın 10-dan başlayan “Baku Jazz Festivalı 2021” klub formatında ayın 18-dək davam edəcək. Festival həm də ənənəvi olaraq keçirilən və artıq istedadlı musiqiçilər nəslini yetişdirən gənc caz ifaçılarının yarışmasıdır.