ANS telekanalından iki aparıcı ayrılıb.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, aparıcı Afət Telmanqızı və “İç xəbər” verilişinin redaktoru Azadə Balayeva işdən çıxıblar.
Bildiriblər ki, artıq onlar televiziya rəhbərliyinə istefa ərizələrini təqdim ediblər və 3 gündür işə gəlmirlər.
Qeyd edək ki, bir müddət öncə adı çəkilən telekanaldan aparıcı Ayaz Nizamioğlu da ərizə yazaraq işdən çıxmışdı.
Lent.Az-ın məlumatına görə isə, İctimai Televiziya və Radio Yayımları Şirkətində işçilərin kütləvi işdən çıxarılması baş verib.
Televiziyadan çıxarılanların sayı 14 nəfər olub. Belə ki, işdən azad olunanların 4 nəfəri maliyyə şöbəsinin, 2 nəfər reklam şöbəsinin, 2 nəfər Elm, Gənclər və Təhsil Departamentinin, 1 nəfər televiziyanın əməkdaşı olub. Ən çox ixtisar “Carçıfilm” Yaradıcılıq Birliyində olub. Belə ki YB-nin 5 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.