Bu gün Ermənistan və Azərbaycan sərhədində silahlı insident baş verib.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, insident Ermənistan və Naxçıvan Muxtar Respublikasının sərhədində, Aqarak rayonunda baş verib.
İlkin məlumata görə, bir erməni hərbçisi öldürülüb, digəri yaralanıb.
Hadisənin baş vermə təfərrüatları araşdırılır.