Hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı jurnalist Sevda Həsənova bu gün xəstəxanadan evə buraxılır.
Oxu.Az-a açıqlamasında özü məlumat verib.
"Bu gün buraxırlar məni. İndi qardaşım sevinə-sevinə zəng etdi ki, Seva, gəlirik səni çıxarmağa. Allah bütün xəstələrə şəfa versin. Maraqlanan hər kəs sağ olsun", - deyə S.Həsənova bildirib.
Xatırladaq ki, S.Həsənova fevralın 7-də Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatı keçirib.
Əzizə İsmayılova