Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi şirkətlərdən birinə icraçı direktor təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Yurd.media-ya Sevinc Tahirova özü məlumat verib.
Sevinc Tahirova, həmçinin icraçı direktoru təyin edildiyi media və reklam şirkətinin "MTV Azərbaycan"la bağlı planlarını da açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycanda populyar musiqi və əyləncə kanallarından biri kimi tanınan kanal yeni mövsümdə efir siyasətində bir sıra yeniliklər etməyə hazırlaşır.
S.Tahirova qeyd edib ki, yeni mövsümdən etibarən kanalın efir setkasının daha da zənginləşdirilməsi, tamaşaçı marağına cavab verən yeni layihə və proqramların təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, mövcud proqramların formatlarının yenilənməsi və efirdə daha dinamik, müasir məzmunların artırılması planlaşdırılır.
"MTV Azərbaycan"a yeni icraçı direktor təyin olunub.
Oxu.Az Yurd.media-ya istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.
Sevinc Tahirova sentyabr ayında "MTV Azərbaycan" telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.
O bu vəzifəsinə qədər özəl şirkətlərdən birində departament rəhbəri kimi fəaliyyət göstərib.
Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S.Tahirova 2007-2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi, 2015-2016-cı illərdə ANS TV-də jurnalist vəzifələrində çalışıb.