Türkiyədə azərbaycanlı bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, Antalyada azərbaycanlı Hacı Elbrus Hacılı ilə kimliyi bilinməyən şəxs arasında bıçaqlı dava baş verib.
Hadisə zamanı Hacılı ayağından yaralanıb. Xəstəxanaya çatdırılan yaralının həyati təhlükəsinin olmadığı müəyyənləşib.
Hazırda polis şübhəlini axtarır.