Şirvan şəhərində zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakini, 1992-ci il təvəllüdlü Fətullayev Əli Əlisəfa oğlu sirkəyə qoyulmuş turşu yeyərkən zəhərlənib.
Vəziyyəti ağırlaşdığından o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.