Antalya-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Vüsal Həsənova məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda “beşbarmaq”a oxşar predmetin təsviri görünüb.
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin yükə təkrar gömrük baxışı keçirmiş və bu zaman V.Həsənova məxsus çamadandan 1 ədəd metaldan hazırlanan “beşbarmaq” aşkar olunub.
Ədliyyə Nazirliyi Мәһkәmә Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən əşya kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik soyuq silah olub və təyinatı üzrə istifadəyə yararlıdır.