Azərbaycanlı aparıcı 44 günlük Vətən müharibəsində hər iki gözünü itirən qazini təhqir edib.
Oxu.Az xəbər verir ki, tanınmış aparıcı Azər Zahid qazilərlə görüşüb onlara müəyyən məbləğdə pul ianə edib. Gözlərini itirən Qarabağ qazisi Amil Əliyevə pul verərkən isə ona, sən onsuz da saya bilməyəcəksən deyib.
Aparıcının bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən sərt şəkildə tənqid edilib.
Həmin görüntüləri təqdim edirik: