Bir ay əvvəl “Beat Group” şirkəti “Azercell” mobil operatoru ilə birlikdə “APPAR!” onlayn-yarışmasına start verən zaman layihənin müəllifləri bəyan etmişdilər ki, gələcəkdə şou inkişaf edəcək və iştirakçılar arasında qiymətli hədiyyələr oynanılacaq. Həmin gün gəldi! 1 sentyabr, saat 20:00-da iştirakçıları böyük oyun və 5000 AZN məbləğində böyük mükafat gözləyir. Bəli, bəli, 5000 AZN!
Bilməyənlər üçün “APPAR!” şousunun nə olduğunu xatırladaq. Bu, mobil tətbiq vasitəsilə suallara cavab verməklə pul qazanmağa imkan verən yeni oyundur. Bu onlayn-yarışma iştirakçılara məhz bu şansı verir. Oyunun iştirakçısı olmaq üçün əvvəlcə “Azercell” abunəçisi olmaq, daha sonra “AppStore” və ya “PlayMarket”dən “APPAR!” mobil tətbiqini telefona yükləmək lazımdır.
Oyun haqda olan bütün məlumat tətbiqin özündədir. Qeyd edək ki, “APPAR!”ın (www.appar.tv) baş sponsoru “Azercell” şirkətidir.
Oyun ödənişlidir və minimal iştirak haqqı 30 qəpikdir. Ödəniş nömrənin balansından çıxılır. Lakin daimi oynamaq istəyənlər üçün qənaət məqsədi ilə oyunun yaradıcıları ayrıca abunə tarifləri də nəzərdə tutublar. Belə ki, həftəlik abunə haqqı 1.20 AZN, aylıq abunə haqqı isə 3.60 AZN təşkil edir.
Şou ərzində iştirakçılar 13 suala doğru cavab verməli olurlar. Suallar müxtəlif mövzuları əhatə edir. Təqdim olunmuş üç cavab variantından doğrunu seçmək üçün hər sualda iştirakçılara 10 saniyə vaxt verilir. Bütün sualları doğru və vaxtında cavablandıran iştirakçı qalib elan edilir. Əgər sonda bir neçə qalib olarsa, mükafat fondu qalib gələnlər arasında bərabər hissələrə bölüşdürülür. Qalib gəldikdən sonra qazanılan məbləğ dərhal istifadəçinin mobil tətbiqdəki virtual balansına köçürülür və istifadəçi öz istəyinə uyğun olaraq oradakı məbləğləri mobil nömrəsinin balansına və ya bank kartına köçürə bilir.
Fürsətdən istifadə edərək qeyd edək ki, 2 avqust tarixində keçirilən oyunumuzda iki iştirakçımız qalib olmuşdur və 500 AZN məbləğini təşkil edən mükafat fondunu öz aralarında bölüşdürərək hər biri 250 AZN-ə sahib çıxmışdı. Həmin oyunumuzun qaliblərindən biri olan Samir Həsənov adlı iştirakçımız “Beat Group”un ofisinə dəvət edildi, şounun bütün “daxili mətbəxini” gördü və o oyun haqda öz emosiyalarını bizimlə bölüşdü.
Əgər siz də öz biliklərinizi yoxlamaq və böyük oyunda 5000 AZN uğrunda mübarizə aparmaq istəyirsinizsə, “APPAR!” şousuna qoşulun və 1 sentyabr saat 20:00-da oyuna daxil olmağı unutmayın. Necə deyərlər, oyunçu aparsın!
Yüklə, Baş Qoş, Pul APPAR!